2. İkinci gün

Günə ButterKnife kitabxanasını araşdıraraq başladıq. Qısa bir test tədbiqetmə də yazdıq. (https://www.youtube.com/watch?v=KeG0Rm8wyO4 http://craftedcourses.io/all-about-butter-knife-part-3/ http://jakewharton.github.io/butterknife/)

Bu əsnada mənə email açıldı. O hesabla gitlab profilimi editlədim (acount email), trello hesabı açdım. Trello (https://trello.com/) to-do tədbiqetməsidi bir növ, komanda şəklində və mürəkkəb tapşırıqları (1 işi bolca çoxlu tasklara bölmək, kateqoriyalaşdırmaq üçün) yerinə yetirmək üçün saytdı.

Ardınca dünən dediyim, o real proyektə əlavə ediləcəm, gitlab üzərindən əlavə edildim, nəticəsində Git əmirlərindən olan: clone, branch-ı öyrəndim (https://www.youtube.com/watch?v=uR-9NGrpU-c https://github.com/Kunena/Kunena-Forum/wiki/Create-a-new-branch-with-git-and-manage-branches) və tədbiq edərək, proyekti clone edərək çəkib yeni bir branch yaradıb öz Android Studiyoda açdım.

Qeydiyyat səhifəsində emaili yığışdırmaq lazım idi, xml/java tərəflərdə həmin prosesləri tamamlayıb dəyişiklikləri Android Studio üzərindən “Commit and Push” elədim. Getdi.

Ardından keçdik növbəti taska. Material Design olan ToolBardan istifadə edilmişdi (CollapsingToolbarLayout) (https://www.youtube.com/watch?v=hYO9NAG-ggk https://stackoverflow.com/a/32503760/4879035), hansı ki yuxarda şəkil görünür, səhifəni aşağı endirəndə yuxarıda şəkil yığılır, normal Toolbar-a çevrilir (üstündə yazı olan, geriyə qayıtma düyməsi olan formaya). Onun arxa fon rəngini dəyişdirmək, (https://stackoverflow.com/a/33339119/4879035) geriyə qayıtma düyməsinin və yazısının rəngini dəyişmək lazım idi. Arxafonla yazının rəngini dəyişdim. Saat 1 idi; yemək fasiləsinə çıxdıq.

Yemək fasiləsindən sora, birəz də araşdırdım, gördüm getmir ey, tapıb edəmmirəm, köməklik istədim, qısa bir informasiya verib yönləndirdilər, o istiqamətdə axtarış edib tapdım, xeylaq vaxtım getsə də geriyə qayıtma düyməsinin də rəngini dəyişdirdim. (https://stackoverflow.com/a/26656285/4879035) Hazır idi. Push elədim (göndərdim gitLab-a) getdi. Bu da tamam.

Dünən addımsayar üçün axtarış eləmişdim, işin əsası Accelorometer sensoru üzərindən gedirdi. İzahlı bir sayt tapdım, tədbiqetməni qurdum. Test elədim: cibdə olanda, əldə tutub yeriyəndə, qaçanda addımları sayırdı. İş tamam. Hazırlayıb gitLab hesabıma push elədim getdi. Növbəti hədəf həmin proses tədbiqetmə bağlansa da (çıxsaq da) arxa fonda getməsini araşdırıb tədbiqetməyə əlavə etməkdi. Yəqin sabah ya da sorakı gün.

Pedometr – http://www.gadgetsaint.com/android/create-pedometer-step-counter-android/#.W2BW07i-m01
Steps to km – https://www.convertunits.com/from/steps/to/kilometers
String format –https://stackoverflow.com/questions/433958/java-decimal-string-format
About Pedometer system – http://mohdaslam.com/pedometer-and-step-counter-mobile-apps-how-does-it-work/

Sonda da linkedin hesab kiçik düzəliş edib (stajı əlavə elədim, bilik və bacarıqlara git artlrdım) günü tamamladım. Normalda saat 18:00da iş bitir ama özümü necə kaptırıramsa, əlimdəkiləri bitirməmiş durmaq istəmirəm, ona görə də yarım saat falan gec qalxıram.
Çıxandan sora da 1 saat piyada yerimək. Pəh! Belə.

Bu da bu günlük git-ə aid yazdığım kiçik qeydlər: Git-2

Yekunda bu gün nə öyrəndik: CollapsingToolbarLayout üzərində işlədik, təcrübə etdik, addımsayar düzəltik; ButterKnife kitabxanasıyla tanış olub test etdik; ilk dəfə real layihəyə daxil oluq, git üzərindən yeni əmrlər öyrənib tədbiq etdik; Trello, Slack, Yandex sistemlərində hesablar açıb istifadəyə başladıq.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s